28 İyun, 2019
"Böyük İyirmilik" sammiti öz işinə başlayıb

Yaponiyanın Osaka şəhərində “Böyük İyirmilik” (G20) sammiti kiçik gecikmədən sonra rəsmi olaraq öz işinə başlayıb. Rusiya və CAR prezidentləri Vladimir Putin və Siril Ramafosa ikitərəfli görüşdə bir qədər ləngiyiblər. İlk işçi iclasdan qabaq bu cür mərasimlər üçün ənənəvi olaraq şəkil çəkdirilib.

Protokola əsasən, ilk sıranın mərkəzində görüşün sahibi – Yaponiyanın baş naziri Sindzo Abe, onun solunda - əvvəlki sammitə ev sahibliyi etmiş Argentina prezidenti Maurisio Makri, sağında isə - 2020-ci ildə ilk dəfə “iyirmiliy”i qəbul edəcək Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman yer alıb. Liderlərin üçlüyünü sıralamada hər iki tərəfdən Rusiya və ABŞ prezidentləri davam etdirib. (APA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!