27 İyun, 2019
Bakıda üç mərtəbəli bina yanıb

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.  Fovqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!