Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Simsar.az xəbər verir ki, komandamız bu seçmə tsikldəki ən güclü rəqiblərindən olan Almaniyanı qəbul edib.
Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan ilə eyni qrupda yer alan komandamız artıq bu rəqiblərinin hamısı ilə ilk görüşünü keçirib. Almanlarla görüşlə millimiz bir növ bu seçmə tsiklin ikinci dövrəsinə start verib.
Baş tutmuş oyunlara gəlincə, ilk dueldə məhz bugünkü rəqibimizlə üz-üzə gəlmiş və səfərdə 1:6 hesablı biabırçı yenilgiylə üzləşmişdik. Ardından Avstriya ilə səfər oyununda da darmadağından qaça bilməmişdik - 0:3. Düzdü, məhz bu oyundan 1 neçə gün sonra evdə Türkiyə üzərində sensasion qələbəyə (1:0) sevinmişdik. Amma Belçika (1:4) və Qazaxıstanla (1:2) səfər oyunlarımızda da məğlubiyyətdən qaça bilməmişdik.
Almaniya isə yığmamızdan fərqli artıq 6 oyun keçirib və onların hamısını itkisiz, yəni qələbəylə başa vurub. Yoahim Lövün komandası Bakıda da qələbə qazanmaqla, artıq geridə qalan 3 oyunda uduzsa da belə, AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaq. Odu ki, bu gün keçiriləcək qarşılaşma Berti Foqtsun həmyerliləri üçün kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Axı Bundestimin əsas məqsədi AÇ-nin final mərhələsinə vəsiqəni Bakıda qazanmaqdı. İndiyə qədər 3 dəfə qarşılaşdığımz bu rəqiblə bütün duellərdən Foqtslu yığmamız məğlubiyyətlə (0:2, 0:4, 1:6) ayrılıb. Maraqlıdı, tarix yenə təkrarlanacaq, yoxsa hansısa sürprizin şahidi ola biləcəyik?
AÇ-2012-nin seçmə mərhələsi
А qrupu
7 iyun
22:00. AZƏRBAYCAN – ALMANİYA - 1:3
Qollar: Məsud Özil 30-cu dəqiqə
Mario Qomes 41-ci dəqiqə
Murad Hüseynov, 89
Şurle, 90+1
Hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
АZƏRBAYCAN: 1. Кamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 15. Ruslan Abışov, 8. Aleksandr Çertoqanov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 9. Murad Hüseynov, 18. Maksim Medvedev, 20. Arif İsayev, 21. Vladimir Levin.
Baş məşqçi: Berti Foqts.
ALMANİYA: 1. Мanuel Noyer, 4. Denis Aoqo, 16. Filip Lam (k), 5. Mats Hummels, 18. Toni Kroos, 13. Tomas Müller, 10. Lukas Podolski, 8. Mesut Özil, 23. Mario Qomes, 14. Holger Badştuber, 21. Benedikt Hevedes.
Ehtiyat oyunçular: 22. Rene Adler, 2. Marsel Şmelser, 3. Arne Fridrix, 9. Andre Şörl, 17. Sebastyan Rudi, 19. Mario Qotse, 20. Lyuis Holtbi.
Baş məşqçi: Yoahim Löv.