25 İyun, 2019
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanılıb

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Rəsulova İntizar Eldar qızı sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!