25 İyun, 2019
Prezident Sənudər İsgəndərliyə ev hədiyyə etdi

Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.  Bu barədə əməkdar artist özünün “facebook” səhifəsində yazıb:

“Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!