24 İyun, 2019
İspaniyada məscid atəşə tutulub

İspaniyanın Seuta şəhərindəki “Muley əl-Mehdi” məscidinə naməlum şəxs və ya şəxslər tərəfindən hücum olub. Hücum insanların namaz qıldığı vaxt baş verib.  İnsident zamanı məscidə silahdan dörd dəfə atəş açılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Mərakeşin tərkibində olan Seuta İspaniyaya mənsubdur. Əhalinin 43 faizini müsəlmanlar təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!