24 İyun, 2019
11 yaşlı oğlan çayda boğulub - SİYƏZƏNDƏ

Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub. Hadisə rayonun Gil-Gilçay çayının Yenikənd ərazisindən keçən hissəsində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü İsgəndər Fətəliyev çimmək üçün çaya girib və boğulub. Həmkəndlisi Elbrus Səlimov onu ölü vəziyyətdə çaydan çıxarıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!