22 İyun, 2019
III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib. Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytı xəbər verir ki, yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub. Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!