21 İyun, 2019
“Qəbələ” ispan futbolçu aldı

2019-20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidi. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.(qafqazinfo)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!