21 İyun, 2019
İki qardaş Kür çayında batıb - SALYANDA

Bu gün günorta saatlarında Salyan rayonunun Noxudlu kəndində Kür çayında iki qardaş böğulub. Kür çayında çimmək istəyən kənd sakinləri olan iki qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqov və 16 yaşlı Rəvan Seymur oğlu Sadıqov batıblar. Hazırda hadisə yerinə gələn FHN-nin dalğıc-xilasediciləri çayda batmış uşaqların cəsədlərinin axtarışlarına başlayıblar.(virtual)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!