20 İyun, 2019
İran ABŞ-ın hərbi hava texnikasını vurdu - İDDİA

İran ABŞ-ın pilotsuz kəşfiyyat vasitəsini vurub. Bu barədə “Press TV”dən məlumat verilib. Hadisə İranın cənubundakı Hormozqan əyalətində baş verib. Məlumata görə, təyyarə hava sərhədini pozduqdan sonra İran ordusu ABŞ-ın “RQ-4 Global Hawk” vasitəsini vurublar. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən gün hərbiçilərin ölməsi halında baş verəcəklər barədə Tehrana xəbərdarlıq etmişdi.(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!