19 İyun, 2019
Saxta yay seçkisi








 

 

Gördüyündən

qırağa çıx,

çəkil, bircə not o yana.

Yad allah kömək olmasa,

ağız aç, doğma şeytana.


Gizlən, ən dərin qatında,

çağırsam da,

çıxma çölə.

Yaşa, özünlə iç - içə,

hər gün bir söz ölə - ölə.


Dörd tərəfə səpələnim,

yığ ovcuna,

məni dənlə.

İki pillə aşağı en,

eyni sayda görün mənlə.


Yeri get,

hər gedənimdə,

qayıdanımdan dön geri.

Qabağa düş, bir səs məndən,

Seçil, söz kəndinin meri....

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!