18 İyun, 2019
Bakı sakinləri tikinti şirkətinə qarşı qalxdılar: Bizi aldadırlar

Bu gün "İnteks" MMC tərəfindən aldadıldığını iddia edən sakinlər Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olaraq sakinlərin şikayətini dinləyib. Sakinlər iddia edir ki, 2017-ci ildə onların yaşadıqları bina sökülüb və həmin ərazi adıçəkilən şirkət tərəfindən alınıb: "Bizə dedilər ki, həmin ərazidə yeni bina tikiləcək. Amma hələ ki, burada bir bina tikilməyib. Binamız söküləndə bizə dedilər ki, yaxın zamanlarda evlə təmin olunacağıq. Lakin bu günədək biz mənzillə təmin olunmamışıq. Heç bizim kirayə pulumuz da vaxtında ödənilmir". Sökülən binalar 2 və 4 mərtəbəli köhnə tikililər olub. Qeyd edək ki, aksiyada yüzədək sakin iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!