7 İyun, 2011
"Hicab aksiyası"nın iştirakçıları həbsdə qaldı

Onların apelyasiya şikayəti qəbul olunmadı

Bu gün Bakı Apelyasiya Məhkəməsində may ayının 6-da Təhsil Nazirliyinin önündə aksiya keçirməyə cəhd edərkən saxlanılaraq, haqlarında 2 aylıq həbs-qətimkan tədbiri seçilən dindarların apelyasiya şikayətinə baxılıb. 

Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin Rövşən Məmmədov və Əlvan Hüseynov haqqında çıxardığı iki aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərardan verdikləri apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin xuliqanlıq (221.2 və 221.3) maddələri ilə ittiham olunurlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!