18 İyun, 2019
Məhəmməd Mursi dəfn edilib

Misirdə demokratik üsullarla seçilmiş ilk prezident Məhəmməd Mursi ötən gün məhkəmə zalında dünyasını dəyişib. Xarici KİV xəbər verir ki, onun nəəşi bu gün səhər yerli vaxtla saat 05:00-da Qahirədə torpağa tapşırılıb. Dəfn mərasimi zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb.

Məhəmməd Mursi Qahirənin şərqində, Mədinət Nəsr adlı yerdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərinin dəfn edildiyi qəbristanlıqda dəfn edilib. Dəfn mərasimində M. Mursinin ailəsi və vəkilləri xaricində heç kim iştirak etməyib.

Qeyd edək ki, 2012-ci ildə Misir prezidneti seçilən M. Mursi, 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs edilmişdi.(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!