18 İyun, 2019
Bakı metrosunda problem - Sərnişinlər boşaldıldı

Bakı metrosunun işində nasazlıq yaranıb. Bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məlumatına görə, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib: “Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.

Baş vermiş problem nəticəsində qatarlar arasında 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

***

Bakı metrosunda baş vermiş problem aradan qaldırılıb. Qatarlar arasındakı interval bərpa olunub. Hazırda metro işini normal rejimdə davam etdirir.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!