17 İyun, 2019
İstanbulun mərkəzində atışma - Yaralılar var

İstanbulun Fatih rayonunda silahlı insident baş verib. Atışma çeçenlər arasında olub. Məlumata görə, insident nəticəsində iki nəfər ağır yaralanıb. Atışmanın Fatihdəki otellərin birində olduğu da qeyd edilir. Hadisə ilə bağlı digər detallar hələ açıqlanmır. Polis araşdırmaya başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!