17 İyun, 2019
Gəncə sakini Qaxda özünü bıçaqlayıb

Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Elgiz Ələddin oğlu Mahmudov qarın boşluğunun sağ nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hadisə Qax rayonu Əmircan kəndində baş verib. Əmircan kəndində yaşayan qayınatasıgilə qonaq gələn E.Mahmudov ailə münaqişəsi zənmində bıçaqla özünə xəsarət yetirib. E.Mahmudovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!