15 İyun, 2019
Ağac hərəkətdə olan maşının üstünə aşdı - BAKIDA

Bu gün səhər saatlarında paytaxtın Şamil Əzizbəyov, 124 ünvanında iri gövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb. Hadzisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Zərərçəkən şəxsin sözlərinə görə, ağac qəzalı vəziyyətdə olub və bununla bağlı sakinlər dəfələrlə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat veriblər.  Qeyd edək ki, hazırda qəzanın fəsadları aradan qaldırılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!