15 İyun, 2019
Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Novruz Məmmədov Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.  Bu barədə Azərbaycanın Tacikistandakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə "Twitter" səhifəsində yazıb.

Novruz Məmmədov və İmoməli Rəhmpn arasında görüş Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısı çərçivəsində baş tutub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!