15 İyun, 2019
Sükan arxasında yatdı, maşını “KAMAZ”a çırpdı: yaralılar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax yolunun 170 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Belə ki, 43 yaşlı Əsədov Habil Səfər oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Kürdəmir istiqamətində hərəkət edərkən eyni istiqamətdə gedən 53 yaşlı Tərtər sakini Bayramov Hümbət İsa oğluna məxsus “KAMAZ” markalı yük maşınına çırpılıb. Hadisəyə səbəb kimi “Mercedes”in sürücüsünün sükan arxasında yatması göstərilir. Faktla bağlı araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!