15 İyun, 2019
Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib. 20 yaşlı gənc ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardım xidmətinə gecə saat 00:00 radələrində məlumat daxil olub: “Təcili yardım hadisə yerinə çatanda yaralının vəziyyəti ağır olub. Həkimlər onu dərhal xəstəxanaya çatdırmağa çalışıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!