14 İyun, 2019
Yevlaxda avtomobil maneəyə çırpılıb: xəsarət alanlar var

Yevlaxda yol qəzası olub.  Hadisə Yevlax-Xaldan avtomobil yolunda qeydə alınıb. “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan, 2005-ci il təvəllüdlü Səlimov Elmir İsmət oğlu və 2011-ci il təvəllüdlü Dəmirov Ömər Ruslan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!