14 İyun, 2019
Özünü 10 - cu mərtəbədən atanlar tanınmış jurnalistin ailə üzvləridir

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb. Rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allahverdiyeva olduğu müəyyən edilib.  İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.(teleqraf)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!