9 İyun, 2019
Nisə Qasımovadan möhtəşəm gecə: İMZA MƏN

Xalq artisti Nisə Qasımovanın "İmza: mən" adlı solo konserti baş tutub. Heydər Əliyev Sarayında keçirilən gecə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib. Konsertdə bir-birinin ardınca hit mahnılarını səsləndirən xanım Qasımova tamaşaçıları tərəfindən güllər və çiçəklər yağışına tutulub. Sənətkar özünü xoşbəxt hiss etdiyini bildirib. Konsertin ikinci hissəsində isə o, daha çox əcnəbi dildə mahnılara yer verib. Səhnədə sadə dekordan istifadə olunan konsertdə işıqlanma daha çox diqqət çəkib. N. Qasımovanı dinləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları da yer alıblar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!