13 İyun, 2019
Milli Məclisin növbədənkənar sessiyası başlayıb

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın iclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq. İclas iyunun 14-də də davam etdiriləcək. Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!