10 İyun, 2019
Sabunçu rayonunda iki maşın toqquşub

Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Hadisə Ramana-Maştağa yolunun Ramana-450 qəsəbəsinin ("Şuşa şəhərciyi") ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı minik maşını yol kəsişməsində toqquşub. Zərbənin təsirindən "Opel" yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!