10 İyun, 2019
Mahir Mehdi: "...bəs eləmədin özünə..."

 

 

 

 

 

 

 

 

 

Olmayan bir şeyi

qəfil itirmək qorxusudu qorxun,

sevgin doğulmamış adamı sevmək.

Yaşamağın minillik

bir ölünü yaşamaqdı

təkrar - təkrar,

hər gün,

hər gecə...

Görməkçün baxmağa

ehtiyac duymadın,

hiss eləməklə

kifayətləndin həmişə.

Az gəldin,

heç vaxt

bəs eləmədin özünə...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!