10 İyun, 2019
Ermənistanda meriya binasına qumbara atdılar

Ermənistanın Vedi şəhərində qumbara partlayıb. Hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb. Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb. Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib.

Qumbaranı atan şəxsin 56 yaşı olduğu açıqlanıb. Məlum olub ki, həmin şəxs ona ayrılmış yaşayış yerində spirtli içki içərək, ətrafdakıların normal yaşayışına mane olduğu üçün ondan mənzili tərk etmək tələb olunub. Buna cavab olaraq isə həmin şəxs qumbara ilə meriya binasına hücum edib. Faktla bağlı araşdırma başlayıb.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!