10 İyun, 2019
Qazaxıstanın yeni prezidenti Tokayev olacaq

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 70,76 faiz seçici Kasım-Jomart Tokayevə səs verib. Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib. Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!