7 İyun, 2011
Yerin yeni peyki tapıldı

O 19 milyon kilomet uzaqlıqda yerləşir

Yerdən 19 milyon kilometr uzaqda olan yeni peyk aşkarlanıb. 
İrlandiya alimləri planetimizin orbitində iri səma cismininin hərəkət etdiyini bildiriblər.
Alimlər qeyd edir ki, bu, asteroidin diametri 400 metrdir.
Müqayisə üçün deyək ki, Yerin təbii peyki olan Ayın diametri 3476 km-ə bərabərdir.
Alimlərin fikrincə, kataloqlarda 2010-SO16 kimi göstərilən asteroid 250 min il əvvəl Yerin peykinə çevrilib. Onun 4,4 milyon il əvvəl, naməlum səma cisminin Yerlə toqquşması nəticəsində Ay kimi yarandığı güman olunur.
Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!