31 May, 2019
Birinci xanımdan Ramiz Əzizbəyliyə böyük hədiyyə

Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistin səhhəti ilə maraqlanıblar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq. Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!