7 İyun, 2011
FHN Fizulidəki leysana münasibət bildirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir sıra bölgələrinə yağan leysan yağışlarının törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 5-də və 6-da respublikanın qərb rayonlarında hava şəraiti kəskin dəyişib, bəzi ərazilərə küləklə müşayiət olunan dolu düşüb. 


Fizuli rayonunun Horadiz şəhərində, eləcə də Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli kəndlərində fərdi tikili və inzibati binalara, həmçinin, əkin sahələrinə ziyan dəyib. Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq işlər görülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!