29 May, 2019
Axşamkı finalı onlar ŞƏRH EDƏCƏKLƏR

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda qitənin ikinci dərəcəli klub turnirinin finalı ingilis komandalarının dueli olacaq.

Belə ki, həlledici qarşılaşmada "Çelsi" və "Arsenal" üz-üzə gələcəklər. "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi Canluka Rokkidir (İtaliya). Azərbaycanlı futbol azarkeşləri finala “CBC-Sport” telekanalından baxa biləcəklər. “CBC-Sport”da matçı telejurnalistlər Rüstəm Əfsərli və Gündüz Abbaszadə şərh edəcək.(modern)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!