29 May, 2019
Ərdoğandan Azərbaycan dilində təbrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.  O, 28 May - Azərbaycan Xalq Cümhuriyyətin (AXC) yaranması münasibətilə təbrikini “Twitter” sosial şəbəkəsində paylaşıb.

O, təbrikini həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində yazıb.

“Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - deyə Ərdoğan qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!