7 İyun, 2011
Droqbanın satılması razılaşdırıldı

Abramoviç:"Fikrimcə onu satacağıq"

Simsar.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kot d İvuar yığmasının forvardının transferini yekunlaşdırmaq üçün səlahiyyətləndirilən “Cim-Bom”un baş icraçı direktoru Piter Kenyon İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviçlə görüşüb. 

Londonda baş tutan görüş yarım saat çəkib. Kenyonun rusiyalı milyarderin razılığını aldığı bildirilir. Abramoviç ona deyib: “Yeni təyin olunacaq baş məşqçimizin Droqbaya əsas heyətdə yer verəcəyini düşünmürəm. Fikrimcə, onu satacağıq. Bu zaman əsas üstünlüyü “Qalatasaray”a verəcəyik”.

Qeyd edək ki, Piter Kenyon əvvəllər çalışdığı “Çelsi”nin böyüməsində önəmli rol oynayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!