28 May, 2019
Bakıda daha bir süpürgəçi qadını maşın vurdu - FOTO

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Simsar.az ONA-ya istinadən xəbər verir ki, səhər saatlarında "Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo" markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!