27 May, 2019
Ucar sakinini ilan sancıb

Ucar sakinini ilan sancıb. Hadisə bu gün gündüz saatlarında rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Əvəz Ədalət oğlu İmanovu su arxının üstündə ilan sancıb. Zərərçəkən təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Ə.İmanova zəruri tibbi yardım göstərilib, vəziyyəti sabitdir.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!