27 May, 2019
Bu yollarda təmir və rənglənmə işləri aparılacaq

Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Simsar.az a verilən məlumata görə, bundan başqa 27-28 may tarixlərində (2 gün) saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!