24 May, 2019
Ağdamda qadın kafedə bıçaqlanıb

Ağdamda naməlum qadın bıçaqlanıb. Hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. Naməlum şəraitdə bıçaqlanan və adı məlum olmayan qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!