24 May, 2019
Hansı jurnalist eyvandan zibil atıb? - JURNALİSTLƏRİN BİNASINDA OLAY

Jurnalist Jalə Mütəllimova jurnalistlərin binasından diqqət çəkən post paylaşıb. Binada yaşayan kimsə həyətdə park vəziyyətində olan maşının üstünə zibil paketləri atıb. O bildirib ki, hadisə "C" blokunun qarşısında baş verib: "Bu, bir dövlət mükafatçısının digər dövlət mükafatçısının əmlakına münasibətidir. Bu cəmiyyəti dövlət, millət adına yetişdirmək kimi ağır bir missiyanın altında çiyin verməli adamların binasının qarşısıdır.  Və bu, adına seçilmiş jurnalist sözü yaraşmayan birinin, ya da ailə üzvlərindən hansınınsa əməlidir. ”.Daha nə deyim? Allah hidayət eləsin. Seçdiyimiz, sevdiyimiz peşədə bizi üzüqara edənlərlə qonşu olmaq da bir cür mənəvi əzabdır. Bunu edən hər kimdirsə, bilməliydi ki, əvvəlcə adam olmaq lazım, sonra peşə seçmək..."


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!