24 May, 2019
Bakıda naməlum meyit tapılıb

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən Simsar.az - a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!