23 May, 2019
Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib

Neftçala rayonunda baş verən ağır yol qəzasında yaralanan şəxslər Bakıdakı xəstəxanaya köçürülüb. Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur. Onların müalicəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib.Qeyd edək ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verib. “Ford” markalı mikroavtobus qarşıda gedən "KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!