23 May, 2019
3 yaşlı uşaq çayda boğuldu - QUBADA

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Sakinlərin verdiyi xəbərə görə, hadisə rayonun Cimi kəndi ərazisində qeydə alınıb. 3 yaşlı Yusif Abdullayev qohumu və həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayından keçmək istəyiblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Yusif Abdullayev isə  boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!