22 May, 2019
Seyid Taleh müharibə uşaqlarından oxudu - VİDEO

Tanınmış Əhli - Beyt məddahı Seyyid Taleh Boradigahi izləyicilərinə yeni layihə təqdim edib. Belə ki, o Almaniyada yaşayan, tanınmış türk iş adamı, Hasan Baburun sözlərinə Türkiyənin tanınmış sənətçisi Sıddık Doğanın bəstələdiyi "Bak Yemende çocuklara" adlı mahnısına klip çəkdirib. Layihədə diqqət çəkən məqam isə mahnıya "Chlidren of war" (müharibə uşaqları) adının verilməsi olub. Türkünün aranjimanı Teymur Şahmarova məxsusdur. Ekran işini isə rejissor Əli Abbasov çəkib. Klipdə əsas olaraq dünyada baş verən savaşlarda günahsız uşaqların qurbana çevrilməsi öz əksini tapıb. Ekran işində Qarabağ müharibəsi və onun qurbanı olan uşaqlar da yer alıb. Layihə ümumilikdə uşaqlara müharibəsiz dünya bəxş edək mesajını verir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!