22 May, 2019
Mahir Mehdi: "balacasan"

 

 

 

 

 

 

 

 

 

... Sinə daşının yaraşığıdı

həyətinin gülləri,

səninçün cümə axşamıdı ilin bütün günləri.

Düruşundan, boy-buxunundan, ev-eşiyindən

yekə görünmək

istəsən də,

görünə bilmirsən.

Çünki özgə pəncərələrinin

işığına möhtac kölgəsən.

Nəsən elə osan-

balacasan,

balacasan,

balacasan...

Sevgin telefon sevgisi,

şəkil çəkdirməkçündü gülüşün...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!