7 İyun, 2011
Tıxaclara qarşı qəti addım

Paytaxta 100 yeraltı dayanacaq tikiləcək

Simsar.az Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Nəqliyyat Nazirliynin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin rəhbəri Sədrəddin Məmmədov bildirib. «Belə planımız yoxdur. İndi biz intellektual nəqliyyat sisteminin tezliklə işə salınması üzərində işləyirik», - deyə o, qeyd edib.
S.Məmmədovun sözlərinə görə, Nəqliyyat Nazirliyi Bakıda ikimərtəbəli yeraltı dayanacaqların inşası planı üzərində də işləyir: «Hazırda sürücülər avtomobillərini yolun hərəkət hissələrində saxlayır. Bu, sərnişin avtobuslarının və digər fərdi nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olur. Üstəlik, şəhərdə hər il avtomobillərin sayı durmadan artır. Düşünürəm ki, bu problemi yeraltı dayanacaqların inşası ilə aradan qaldırmaq olar».

Nazirlik rəsmisi bildirib ki, məsələyə hazırda Nazirlər Kabinetində baxılır. Plan təsdiqlənərsə, Bakının mərkəzində təxminən 100 yeraltı dayanacaq tikiləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!