21 May, 2019
Venesuela prezidenti Azərbaycana gələcək

Bu ilin oktyabr ayında Venesuela prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran deyib. O bildirib ki, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək və bununla bağlı Bakıda sammit olacaq. Bundan əvvəl isə iyulda XİN başçıları səviyyəsində Venesuelada Qoşulmama Hərəkatı ölkələrinin iclası olacaq. Bununla bağlı Elmar Məmmədyarova dəvət göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!