7 İyun, 2011
Bakı-Ceyhanda 160 milyon ton neft

Dövlət neft şirkətinin saytı yayıb

Bu ilin may ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 2 milyon 826 min 607 ton Azərbaycan nefti nəql olunub. 

Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında bu kəmərlə 14 milyon 213 min 273 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il iyun ayının 1-ə qədər BTC-yə 157 milyon 769 min 215 ton neft vurulub. Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 204 min 748 ton Türkmənistan nefti nəql olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!