18 May, 2019
Sumqayıtda zavodda ölüm hadisəsi

Sumqayıtda ölüm hadisəsi baş verib. Hadisə Etilen-polietilen zavodunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Gəncəliyev Fuad Məmmədsəfa oğlunun sanitar qovşaqda qəflətən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Mərhumun nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!